Zaqatalada yanğın başlayıb - YENİLƏNDİ

Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı bu barədə məlumat yayıb.
Bu gün Zaqatala Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğın başlayıb. FHN-in yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyyatlarına cəlb olunib. Yanğının söndürülməsində ETSN əməkdaşları da iştirak edir.
********
Yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.
Yanğının söndürülməsi üçün Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb olunub.
Hazırda yanğın davam edir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























