Türkiyədəki "Teknofest"də Azərbaycandan 16 komanda iştirak edir
Bu gün Türkiyənin Samsun şəhərində işə başlamış və sentyabrın 4-nə qədər davam edəcək "Teknofest 2022" Aerokosmik və Texnologiya Festivalında Azərbaycanı 16 komanda təmsil edir, bunu jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.
"Teknofest" Türkiyədə 5-ci dəfədir ki, keçirilir.(report.az)
www.anews.az
Onun sözlərinə görə, həmin komandalar bu il mayın 26-29-da Bakıda keçirilmiş "Teknofest Azərbaycan" tədbirinin qalibləridir.
"Teknofest"in uğuru bizi də sevindirir. Bu festivalın ölkəmizdə keçirilməsi Azərbaycan gəncliyinin, bütövlükdə Azərbaycan xalqının marağına səbəb olub. Bunu həm 300 mindən çox ziyarətçi sayında, həmçinin festivaldan sonrakı müraciətlərdə hiss etdik",- o deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























