• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə sosial şəbəkələrə nəzarətlə bağlı qanun layihəsi hazırlanacaqmı? - AÇIQLAMA

Parlamentdə sosial şəbəkələrə nəzarətlə bağlı qanun layihəsi hazırlanacaqmı? - AÇIQLAMA
30.08.2022 15:32
Milli Məclisdə sosial şəbəkələri tənzimləyəcək qanun layihəsinin hazırlanması və müzakirə olunması payız sessiyası üçün nəzərdə tutulmayıb. Bunu anews.az-a açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri deputat Zahid Oruc deyib.

"İndiki halda sosial şəbəkələrə nəzarət etmək və onlara senzura tətbiq etməklə bağlı Parlamentdə qanun layihəsi hazırlanmayb və hazırda bu məsələ müzakirədə deyil. Biz hər gün xarici informasiya məkanı üzərindən Azərbaycan dövlətinin,rəhbərliyinin və hakimiyyət qollarının linç edildiyini görürürük. Ümumilikdə Milli Məclisdə və ayrı-ayrı platformalarda bu məsələ ilə bağlı narahatedici fikirlər səsləndirilir. Lakin bu heç kimin sosial şəbəkələrdə hakimiyyət uğrunda mübarizəsini əlindən almır. Baş Prokurorluq xəbərdarlığı isə qanunvericliyin digər müddəalarını pozulduğuna görə dəvət olunub”, deputat bilirib. 

Bir necə gün öncə hərbi jurnalist Səxavət Məmmədov, ictimai fəal Rövşən Məmmədov, jurnalist Zülfüqar Ələsgərov və Elgün Rəhimov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Qəhramanlı, Zeynal Baxşiyev və D18 Demokratiya hərəkatının üzvü Ruslan İzzətliyə Qarabağın işğaldan azad olunmuş ərazilərində baş verən hadisələrlə bağlı facebookda post paylaşdıqları üçün  "Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə ilə gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Bildirilib ki, aparılan monitorinqlərlə mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda "Media haqqında” qanunun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol