• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul etdi

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul etdi
30.08.2022 21:00
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 30-da əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb. Bu barədə Komitə məlumat yayıb.

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasına şərait yaradılması üçün bütün zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlətimizin başçısı qayıdışla bağlı məsələlərin həllini əsas vəzifə kimi müəyyənləşdirib və hazırda işğaldan azad edilmiş bir sıra ərazilərdə yaşayış evlərinin tikintisi davam etdirilir. Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndində ilkin mərhələdə istifadəyə verilən evlərə əhalinin köçürülməsinin isə bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Məcburi köçkünlük həyatı yaşayan həmvətənlərimizə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğı göstərməsinin, hazırda onların ata-baba yurdlarında bərpa-quruculuq işlərinin aparılmasını diqqətdə saxlamasının dərin razılıq hissi doğurduğu bildirilib. Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər", - o deyib.
 
Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol