“Sunset” istirahət mərkəzində partlayış - Yaralılar var - Yenilənib

Sumqayıt Tibb Mərkəzi "Sunset” istirahət mərkəzində baş verən partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.
Çağırışla əlqədar hadisə yerinə 2 briqada cəlb olunub. Məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən "Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində orada çalışan 3 əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Xəsarət alan 1962, 1969-cu il təvəllüdlü ikisi qadın və 1963-cü il təvəllüdlü biri kişi olmaqla Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb.

----‐-------
Sumqayıtda yerləşən "Sunset” istirahət mərkəzində partlayış baş verib.
Müəyyən olunub ki, istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.
FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
Baş Prokurorluğun mətbuat xidmətindən bildirib ki, "Sunset” istirahət mərkəzinin qazanxanasında baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib