• $
  • €
  • ₽
  • ₺
  • £

Avqustda çaylarda quruluq müşahidə olunub

Avqustda çaylarda quruluq müşahidə olunub
31.08.2022 19:00
Avqust ayında hava şəraitinin az yağıntılı və anomal isti keçməsi, eyni zamanda su səthində buxarlanmanın artması nəticəsində çaylarda sululuq kəskin azalıb. 

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, yalnız avqustun 8-də yağan intensiv leysan yağışları nəticəsində Kiçik Qafqaz ərazisindən axan Dəstəfürçay və Gəncəçay çaylarından qısamüddətli sel keçib. 

Kür-Qıraqkəsəmən məntəqəsində ay ərzində orta aylıq su sərfi 115 m3/san olmaqla normadan 10 faiz az, 2021-ci ilə müqayisədə 32 faiz çox, Qanıx-Əyriçay məntəqəsində ay ərzində orta aylıq su sərfi 13,4 m3/san olmaqla normadan 83 faiz az, keçən il ilə müqayisədə 50 faiz az olub.

Kiçik Qafqaz çaylarında sululuq normadan 25 faiz az, ötən il ilə müqayisədə 36 faiz çox, Böyük Qafqaz çaylarında sululuq normaya yaxın, keçən il ilə müqayisədə 18 faiz çox, Lənkəran-Astara bölgəsi çaylarında sululuq normadan 15 faiz az, keçən il ilə müqayisədə isə 65 faiz çox olub. Kür çayının aşağı axınında suyun səviyyəsi keçən il ilə müqayisədə 30-40 sm çox, sululuq isə 26-53 faiz çox olub. Çayda orta duzluluq bu il 0,7 q/l, əvvəlki il isə 7,3 q/l təşkil edib.

Mingəçevir su anbarından buraxılan suyun həcminin keçən il ilə müqayisədə 40 faiz çox olması ilə əlaqədar Kürün aşağı axınında sululuq ötən il ilə müqayisədə çox olub.

Sentyabr ayının 5-dən sonra gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun nisbətən artacağı gözlənilir. Respublikanın çaylarında olan vəziyyətlə bağlı yenilənmiş məlumatları meteo.az saytından əldə etmək olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol