Sabiq deputatın qardaşı ev dustaqlığına buraxıldı

Sabiq deputat Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayilov ev dustaqlığına buraxılıb. Bu barədə Baş Prokrorluğun açıqlamasında məlumat verilib.
Gülnar Nazimqızı
www.anews.az
2022-ci ilin aprelində Bakı Apellasiya məhkəməsinin qərarı ilə həbs olunan Elşən Cəbrayilov iyulda dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub.
Sabiq deputatın qardaşına Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb.
Elşən Cəbrayılov Nərimanov Rayon Polis İdarəsi tərəfindən həbs olunmuşdu. Onun Vətən müharibəsi iştirakçısı da daxil olmaqla bir neçə nəfərə qarşı dələduzluq etdiyi iddia olunub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























