İsmayıllıda baş verən yanğın söndürülüb, Şabranda məhdudlaşdırılıb

İsmayıllıda baş verən yanğın söndürülüb, Şabranda isə məhdudlaşdırılıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə ETSN-in bütün yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar.
Artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb.
Nazirlik rəsmisi onu da deyib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Hazırda ərazidə soyutma işləri aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib