Əli Əliyevin vəkillə görüşünə və ailəsi ilə telefon danışığına imkan verilmir

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ailəsi ilə telefon əlaqəsi saxlaya bilmir.. Bu barədə vəkil Toğrul Babayev bildirib.
Təcridxananın rəhbərliyi bildirir ki, Ali Məhkəməyə kassasiya şikayəti verildiyi üçün bununla bağlı görüş üçün ayrıca icazə məktubu təqdim edilməlidir.
"Bundan öncə, Penitensiar Xidmətin icazə məktubu ilə təcridxanada iki dəfə Əliyevlə görüşmüşəm. Lakin indi İstintaq Təcridxanasının rəhbərliyi yeni icazə məktubu tələb edir. Bu gün mən vəkil orderimi və görüş üçün icazə almaq üçün məktubumu Penitensiar Xidmətə təqdim etdim. Görək bundan sonra nə deyəcəklər,” vəkil qeyd edib.
Bununla yanaşı, Əli Əliyevin həyat yoldaşı Dilarə Əliyeva telefon danışığına imkan verilməməsi ilə bağlı Ombudsmana şikayət verib.
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, Penitensiar Xidmətin bütün cəzaçəkmə müəssisələrində və təcridxanalarında saxlanılan şəxlsərə qanunvericilikdə nəzərdə tutulan qaydada və sayda telefon danışıqları təqdim edilir.
Ombudsman Aparatının Mətbuat xidmətindən Əli Əliyevin həyat yoldaşı Dilarə Əliyevanın Ombudsmana müraciət edilyini təsdiq ediblər.
"Hazırda araşdırma aparılır,” mətbuat xidmətinin rəhbəri Emil Şahzadə qeyd edib.
Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
İddialara Əli Əliyevin 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı barədə mətbuata açıqlaması səbəb olub. Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb. Və onlar iddia irəli sürüblər.
Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini "ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.
İyunun 23-də Yasamal məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb.
2021-ci ilin sentyabrında Əli Əliyev "Bumeranq” TV-yə verdiyi videomüsahibədə onu "dovşan”, "frayer” və "masturbant” adlandırdıqdan sonra Göyüşov onu məhkəməyə verib. Buna 2021-ci ilin sentyabrında İnternetdə yayılan kadrlar səbəb olub. Həmin kadrlarda Göyüşovun pornovideoya baxdığı görünür. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.
Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























