• $
  • €
  • ₽
  • ₺
  • £

Sabirabadda toxum sərgi-satış yarmarkası keçirildi

Sabirabadda toxum sərgi-satış yarmarkası keçirildi
31.08.2022 23:00
Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Sabirabad rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib.

Tədbiri açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd edib ki, bu gün rayonda aqrar sahənin inkişafı ilə bağlı geniş tədbirlər həyata keçirilir. Rayon əhalisinin işlə təmin olunmasını yaxşılaşdırmaq məqsədilə istehsal müəssisələri yaradılır, fermerlərə dəstək göstərilir, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına yönəlmiş müvafiq işlər aparılır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, Sabirabadda keçirilən toxum sərgi-satış yarmarkasına maraq böyükdür. Beş rayondan gəlmiş fermer və təsərrüfat sahiblərinin iştirak etdiyi sərgi-satış yarmarkasında 30-dan çox sort toxum təqdim edilir. Yarmarkada həm yerli, həm də xarici sort toxumlar nümayiş olunur. Fermerlər sertifikatlı toxumlara üstünlük verməlidirlər. Əkin materialı kimi sertifikatlı toxumlardan istifadə məhsuldarlığı 20-30 faiz artırır.


Tədbir iştirakçıları daha sonra toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər.


Yarmarkada fermerlər və toxumçuları maraqlandıran suallar ətraflı cavablandırılıb. Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.


Növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 2-də Cəlilabad rayonunda keçiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol