• $
  • €
  • ₽
  • ₺
  • £

Özünü qazi kimi təqdim edən şəxslə bağlı - Rəsmi açıqlama

Özünü qazi kimi təqdim edən şəxslə bağlı - Rəsmi açıqlama
01.09.2022 11:33
Bu günlərdə Füzuli şəhərindən məcburi köçkün, rayon ərazisində məcburi köçkün ailələri üçün salınmış Beşinci Zobucuq qəsəbəsində 198 nömrəli evdə yaşayan Əsədov Elçin Oqtay oğlu sosial şəbəkələrdə video müraciət yayaraq Qarabağ müharibəsi qazisi olduğunu, Füzuli rayonunda məmurların himayə etdiyi qoçu dəstələri tərəfindən ona məxsus evə hücum edildiyini, evinin dağıdıldığını bildirmiş, köməklik göstərilməsini xahiş edib.
 
Füzuli rayon İcra Hakimiyyətindən  bildirilib ki, Elçin Əsədovun video müraciətdə səsləndirdiyi faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Müəyyən olunub ki, Elçin Əsədovun yaşadığı evə hücum olmamış, evə hücum olması, ev əşyalarının sındırılması və dağıdılması görüntüsünü Elçin Əsədov özü qəsdən yaradıb. Bunu, Elçin Əsədovun anası Təranə Əsədova Füzuli rayon Polis şöbəsində verdiyi izahatında da qeyd edib.
 
Qazi adından istifadə edərək sosial şəbəkələrdə video müraciət yayan Elçin Əsədov əslində kimdir? Elçin Əsədov 1972-ci il təvəllüdlüdür, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı olmamış, qazi deyildir. 2000-ci ildə həqiqi hərbi xidmətdən fərarilik etdiyinə və həmin dövrdə oğurluq etdiyinə görə 2001-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1.-ci, 333.4.-cü, 334.1.-ci, 177.2.1.-ci, 177.2.2.-ci, 177.2.3.-cü və 66.3.-cü maddələri ilə təqsirli bilinərək ümumilikdə 6 il müddətində həps olunub.
 
Saxta qazimiz iki dəfə rəsmi, bir neçə dəfə qeyri rəsmi ailə qurmuşdur. Birinci arvadından 1, ikinci arvadından isə 2 uşağı vardır. Hər iki arvadından məhkəmə qaydasında boşanıb. Uşaqlarına aliment ödəmir. Elçin Əsədov heç bir faydalı işlə məşğul olmur, yaşadığı qəsəbədə müsbət xarakterizə olunmur, tüfeyli həyat tərzi keçirir. Bir neçə ay bundan əvvəl atdan yıxılaraq xəsarətlər alıb.
 
Vaxtaşırı sosial şəbəkələrdə Qarabağ müharibəsi qazisi adından istifadə edərək video müraciətlər yaymaqla rayonun məmurlarını, iş adamlarını şantaj etməklə maddi qazanc əldə etməklə məşğul olur.
 
Elçin Əsədov azyaşlı qızı ilə birlikdə Beşinci Zobucuq qəsəbəsində anası Təranə Əsədovaya məxsus iki otaqlı evdə yaşayır. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Elçin Əsədov yaşadığı qəsəbədə fəaliyyət göstərən məktəbdə texniki işlə təmin edilib. Özü və anası məcburi köçkün kimi vahid aylıq müavinət alır. Anası Təranə Əsədova ümumi səbəbdən 2-ci qrup əlildir, buna görə pensiyə alır. Ailəyə dövlət tərəfindən həyatyanı və 1 hektar pay torpağı verilib. RİH-nin başçısı tərəfindən Elçin Əsədova və anası Təranə Əsədovaya dəfələrlə maddi köməklik olunub.
 

 






www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol