Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin I müavini İsmayıl Hüseynova həvalə edilib.
bu barədə DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Dövlət Komitəsindən faktı təsdiqləyiblər.
Bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.
1974-cü ildə Naxçıvanda anadan olan Hüseynov İsmayıl Xəlil oğlu 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.
Komitənin rəsmi saytında yer alan tərcümeyi-halında göstərilir ki, İsmayıl Hüseynov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb.
Daha sonra qeyd olunur ki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və 1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb. (Unikal)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























