Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edildi

Quba rayonundakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Quba rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahədə təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq 5 sot quru otlaq sahə və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























