• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əliyev həbsxana yoldaşını döyüb?

Əli Əliyev həbsxana yoldaşını döyüb?
01.09.2022 15:47
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 4-cü cinayət işi üzrə mühakimə olunur. Bu barədə "Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov məlumat verib.

Rüfət Səfərov bildirir ki, dustaq yoldaşı özü-özünə xəsarət yetirib, daha sonra şikayət edib ki, guya Əli Əliyev onun sağlamlığına qəsdən zərər vurub.
 
"Müdafiə Xətti”nə daxil olan məlumata görə, Əli Əliyevin adı sözügedən cinayət işinə hələlik şahid qismində salınıb”, - o feysbukdakı paylaşımında bildirib.

Rüfət  Səfərov qeyd edib ki, bu, müasir Azərbaycan tarixində bənzəri olmayan təcrübədir və tənqidçi siyasi xadim 9 ay ərzində 4-cü dəfə mühakimə olunur.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Əli Əliyev iş üzrə şahid qismində dindirilib.

VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir.

O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib.

Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir.
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol