Gəncənin icra başçısının oğlunun 2 milyonluq maşın kolleksiyası... - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun 2 milyon manatlıq dəbdəbəli maşın kolleksiyası barədə məlumatlar yayılıb. Bu barədə bloger Mehman Hüseynovun araşdırma videosunda bildirilib.
"Gəncə şəhər icra başçısının təkcə bir oğlunun 13 ədəd bahalı maşını var. İcra başçısı Niyazi Bayramov rəsmi olaraq 1280 manat maaş ala-ala, oğlu Bəhram Bayramova 2 milyon manatlıq maşın alıb. Ona məxsus olan nömrələr bunlardır: 10-BB-904, 10-OO-904, 10-TT-904, 10-KK-904, 10-ZZ-904, 10-AS-904”, - araşdırmada qeyd edilib.
Blogerin sözlərinə görə, icra başçısının oğlu ona məxsus olan 10-BB-904 dövlət qeydiyyatı nişanını 5 müxtəlif markalı maşının üzərinə taxıb. Bu 5 beş maşının - "Jeep”, "Range Rover”, "Bentley”, "Porsche” və "Mercedes”in ümumi qiyməti 1 milyon manata yaxındır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























