Rüşvət aldığı iddia edilən DYP rəisi işdən çıxarıldı - Səs yazısı

Rüşvət almaqla bağlı səs yazısı yayılan Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.
Polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı iddia barədə araşdırma aparılıb.
Hazırda Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat yoxdur.
Bir müddət əvvəl sosial şəbəkələrdə Vasif Bəşirlinin kimləsə əlbir olub, müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyi barədə səs yazısı yayılıb.
Sözügedən səs yazısında onun əlbir olduğu adamdan 400-500 manat pul tələb etdiyi qeyd edilib.(Oxu.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























