• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni milyarder Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb

Erməni milyarder  Rusiya vətəndaşlığından imtina edərək  Qarabağa köçüb
01.09.2022 17:27
Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan tanınmamış Dağlıq Qarabağ Respublikasına  köçdüyünü və Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb. Bu barədə sahibkar özünün Telegram kanalında bildirib. 

"Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçmək qərarına gəldim. Bu qərar mənim üçün asan olmadı, amma əminəm ki, bu çox düzgündür”, - deyə iş adamı bildirib.
 
Sahibkar belə bir addımı Bakı ilə İrəvan arasında növbəti gərginliklə bağlı atıb.
 
Onun fikrincə, hərbi əməliyyatların aktiv fazası 2020-ci ildə başa çatsa da, tərəflər hələ sülh sazişi bağlamayıb.
 
"Moskva sülhməramlıların sayını artırmalı və onların regionda qalma müddətini uzatmalıdır", - VArdanyan bildirib.

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları  var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Millət vəkili Ziyafət Əsgərovun fikrincə, erməni əsilli vətəndaşlar ancaq o halda Qarabağa köçə bilər ki, onlar Azərbaycanın vətəndaşlığını qəbul etmiş olsun.
 
"Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycanın müfaviq orqanlarına müraciət etməlidir və vətəndaşlıq almalıdır. Müraciət edənlərin keçmişi yoxlanılacaq ki, cinayət keçmişi olub yoxsa olmayıb. Erməni milyarder də həmçinin müraciət etməlidir. Əgər cinayətkar keçmişi olmayıbsa Azərbaycan vətəndaşlığını qəbul etdiyi halda Qarabağa köçə bilər. Milyarderdisə lap yaxşı köşsün və ermənilərin vurduğu zərəri ödənilməsinə kömək etsin. Sübut etsin ki, erməni xalqı adından Azərbaycandan üzr istəyir və Qarabağın dirçəlməsində iştirak etmək istəyir. Biz buna etiraz etmirik və yaxşı baxırıq. Əgər qanunsuz köçübsə onda ona qarşı hüquq-mühafizə orqanları tərəfindən uyğun tədbirlər görülməlidir",  - millət vəkili bildirib. 
 
N.Təbrizli
Gülnar Baxşıyeva


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol