• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəz Elçibəyin qardaşı qızı AMEA-nı məhkəməyə verdi

Əbülfəz Elçibəyin qardaşı qızı AMEA-nı məhkəməyə verdi
01.09.2022 21:00
Bu ilin may ayında mərhum Prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədovanın AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindəki işindən çıxarılması ilə bağlı məlumat vermişdik. 

Rəhbərliyin ona qərəzli münasibət göstərdiyini iddia edən Səadət Məmmədova bununla bağlı AMEA-nı məhkəməyə verib. 

Bu barədə "Qafqazinfo”ya onun vəkili Ülviyyə Mirzəliyeva məlumat verib. 

Vəkilin sözlərinə görə, işə bərpa ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət olunub. Artıq iyul ayının 16-da hakim Şahin Abdullayevin sədrliyi ilə məhkəməyə hazırlıq iclası keçirilib: "Hazırlıq iclasında məhkəmə işi sentyabrın 22-nə baxışa təyin olunub. 2019-cu ildən başlayaraq, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru Nailə Vəlixanlının əmri ilə S.Məmmədovanın bir neçə dəfə vəzifəsi dəyişdirilib. Sonuncu dəfə isə 2022-ci il mayın 13-də attestasiyanın nəticələrində uyğunsuzluğa görə işdən çıxarılıb. Bir il ərzində bir neçə dəfə mövqe dəyişdirilməsi, attestasiya keçirilməsi qərəzlidir. Həmçinin onun vəzifəsinin dəyişdirilməsi müddətində ölkədə karantin rejimi olub. Bu zaman ölkədə düzgün iş rejimi də yox idi. O təzə vəzifəsinə keçirilmişdisə, həmin vəzifədə işi öyrənməli idi. Qanunda da deyilir ki, ən azı bir il olmalıdır ki, attestasiya keçirilsin. Yeni vəzifədə olduğu vaxt da baxmayaraq ki, bir ildən çox idi, iş günlərini hesablasaq, karantin qərarlarına baxsaq, görərik ki, tam iş günü olmayıb. Ona görə hesab edirik, S.Məmmədovanın işdən çıxarılması qərəzlidir”. 


Səadət Məmmədova muzeyin Baş direktoru Nailə Vəlixanlının onu alçaltdığını, vəzifəsini azaltdığını, ona verilən premiyaları kəsdiyini bildirmişdi. N.Vəlixanlı isə şikayətin əsassız olduğunu, sözügedən işçinin Attestasiya Komissiyasının qərarı ilə qanuni şəkildə işdən çıxarıldığını söyləmişdi. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol