• $
  • €
  • ₽
  • ₺
  • £

Aşkarlanan insan alveri qurbanlarının çoxu Azərbaycan vətəndaşıdır

Aşkarlanan insan alveri qurbanlarının çoxu Azərbaycan vətəndaşıdır
02.09.2022 16:40
ABŞ-ın müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin insan alveri qurbanlarının təhlükəsizliyini təmin etmək məqsədilə təşkil etdiyi sığınacağı ziyarət edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

"Dövlət Departamenti və USAID/Azerbaijan Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə səylərini dəstəkləməyə davam edəcək” -, məlumatda qeyd edilib.

Azərbaycana daxil olan hissəsində deyilir ki, Azərbaycan hökuməti insan alverinin ləğvi üçün minimum standartlara cavab verməsə də, bu istiqamətdə əhəmiyyətli səylər göstərir. Buraya məhkum olunmuş insan alverçilərinə daha sərt cəzaların verilməsi, ölkədaxili insan alveri də daxil olmaqla daha çox qurbanın aşkarlanması daxildir.

QHT-lərin nəzdindəki sığınacaqların maliyyəsi aşağıdır, xarici qrantları məhdudlaşdıran qanunvericilik isə onların xarici donorlardan vəsait almasını mümkünsüz edir, sənəddə vurğulanır.
 
Hesabatın insan alveri üzrə ticarət profilində qeyd edilir ki, son beş ildə olduğu kimi, insan alveri qurbanları arasında həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları var.  Azərbaycanda istismar edilən qurbanların xaricə aparılma faktları da aşkarlanıb.  Azərbaycanlı kişilər və oğlanlar Qətər, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdə məcburi əməyə cəlb olunurlar.

Qadınların isə həm ölkə daxilində, həm də İran, Malayziya, Pakistan, Qətər, Rusiya, Türkiyə və BƏƏ-də cinsi istismara cəlb edildiyi bildirilir. Azərbaycan özü də Çin, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistandan seks və əmək alveri üçün idxal ölkəsidir.
 
Hesabatda deyilir ki, ötən il müəyyən edilən 94 insan alveri qurbanından 93-ü Azərbaycan Respublikası vətəndaşı, 1-i isə əcnəbi olub. Bu şəxslərdən 81-i cinsi istismar məqsədilə Türkiyə Respublikasında, 4-ü Birləşmiş Ərəb Əmirliklərində, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb. Zərərçəkənlərdən 80-ni sığınacağa yerləşdirilərək, hər birinə tibbi, psixoloji və hüquqi yardımlar göstərilib.
 
Hesabatda hüquq-mühafizə orqanlarının insan alverinə qarşı fəaliyyətinin azaldığı da qeyd edilir. Ötən il məhkəmə qarşısına 21 təqsirləndirilən çıxarılıbsa, 2019-cu ildə bu rəqəm  30-a kimi artıb. Məhkəmələr 15 insan alverçisini məhkum edib. 2019-cu ildə onların sayı 42 nəfər təşkil edib. 

Hesabatda hökumətin ötən il qurbanlara yardım üçün 119 min manat, QHT-lərə Dövlət Dəstəyi Şurasının isə 172 min manat ayırdığı qeyd olunur.
 
Aytac



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol