“Wolt” kuryerlərinin boykotunu təşkil edən polisə çağırıldı - Açıqlama

İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının koordinatoru Afiəddən Məmmədov "Wolt” kuryerlərinin boykotunu təşkil etdiyinə görə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bu barədə jurnalist Fatimə Mövlamlı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, bundan əlavə, dünən boykotda iştirak edən kuryerlərin bəziləri də BŞBPİ-yə çağırılıb. Bir neçəsini isə işdən çıxarıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, sözügedən şəxs şikayətlərinin dinlənilməsi üçün polisə üçün dəvət edilib. Araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























