• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-də türkiyəli mütəxəssislərlə görüş keçirilib

TƏBİB-də türkiyəli mütəxəssislərlə görüş keçirilib
02.09.2022 18:05
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müharibə iştirakçılarına və qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün Səhiyyə Nazirliyinin dəvəti ilə ölkədə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb. Bu barədə TƏBİB-dən məlumat verilib.

TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinin və Səhiyyə Nazirliyinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycanla Türkiyə arasında tibb sahəsində həyata keçirilən əməkdaşlıq, sahə üzrə türkiyəli mütəxəssislərlə təcrübə mübadiləsi, postmüharibə dövründə qazilərimizə psixoloji dəstəyin göstərilməsi üzrə bilik və təcrübələrin yerli mütəxəssislərlə mübadiləsi və.s məsələlər müzakirə olunub.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov hər sahədə olduğu kimi qardaş Türkiyənin tibb sahəsində də dəstəyinin danılmaz olduğunu bildirib.

Vətən müharibəsi iştirakçılarına postmüharibə dövründə türkiyəli mütəxəssislərlə birgə zəruri tibbi müayinə və müalicələrin, eləcə də psixoloji dəstəyin göstərilməsinin üstünlüyünü qeyd edib. O, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 181 nəfər qazinin zəruri tibb xidmətlərlə təmin olunduğunu, hazırda 14 qazinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicəsini davam etdirdiyini bildirib.

"Bu gün TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailələrinin üzvləri çalışır. Qazilərimizin tibbi bərpa və reabilitasiyası xüsusi ilə diqqət mərkəzindədir. Bu yaxınlarda TƏBİB-in də dəstək göstərdiyi Türkiyənin aidiyyəti qurumları ilə birgə "Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi" reallaşdırılıb. Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik, bacarıqlarını artırmaq yolu ilə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi-psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaqdır. Hesab edirəm ki, bu istiqamətdə birgə əməkdaşlığımızı bundan sonra da intensiv şəkildə davam etdirməliyik”-  Vüqar Qurbanov qeyd edib.

Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner isə öz növbəsində qarşılıqlı əməkdaşlığa, birgə təcrübə mübadiləsinə, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün hazır olduqlarını vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol