Səyavuş Məmmədzadə vəfat edib

Azərbaycan və rus dillərində dəyərli şeir kitablarının müəllifi, klassik və müasir ədəbiyyatımızın rus dilinə çevrilməsində və təbliqində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib.
2003-cü ildə "Əməkdar incəsənət xadimi" adına layiq görülüb.
www.anews.az
Bu barədə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı feysbukda paylaşım edib.
Səyavuş Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirib.
Bakı şəhəri Səbail rayon İcraiyyə Komitəsi zəhmətkeş deputatları Sovetinin deputatı (1979–1981) olub, Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























