• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda təmirdən yeni çıxan məktəb uçdu

Bakıda təmirdən yeni çıxan məktəb uçdu
16.04.2014 11:42
Ötən gecə Bakının Nəsimi rayonu ərazisində orta məktəbdə uçqun baş verib. Bu barədə ANS PRESS-ə məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib. Verilən məlumata görə, hadisə 5-ci mikrorayon ərazisində, “20 Yanvar” küçəsi 5 ünvanında A.Abdullayev adına 211 saylı məktəbdə baş verib.“Məktəbimiz yeni təmirdən çıxıb. Bu il açılışı da olub. Məktəbin pəncərəsinin altında daşlar uçub. Yaxşı ki, həmin daşlar uşaqların üstünə düşməyib. Səhər gəlib görürük ki, məktəbin giriş hissəsi tamamilə dağıdılıb”, - deyə valideynlər bildirib.Məsələ ilə əlaqədar məktəbin direktoru Vaqif Babayevlə əlaqə saxladıq. Məktəb direktorunun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən axşam saat 17 radələrində baş verib. Bu il yeni əsaslı təmirdən çıxan məktəbin divarında çatlar yaranıb və uçqun olub.“Məktəbin giriş hissəsində çatlar yaranmışdı. Bu barədə Nəsimi rayon İcra Hakimiyyətinə xəbər verdik. Təmir işlərini həyata keçirən “Alpina” şirkətinin işçilərilə əlaqə saxladıq. Gəlib divarı tamam dağıdıblar və yenidən tikəcəklər”, - deyə Vaqif Babayev bildirib.Məktəb direktoru bildirib ki, hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən bildirdilər ki, hadisə barədə xəbərləri var. Problem tezliklə aradan qaldırılacaq.Məktəbdə təmir işlərini aparan “Alpina” şirkətilə əlaqə saxladıq. İş icraçısı İlqar məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq uçan divar sökülüb. Lakin iş icraçısı məktəb divarında çatın hansı səbəbdən yarandığını izah edə bilmədi.“Görünür nəsə problem olub. Əsas odur ki, düzələcək”, - deyə İlqar Babayev bildirib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol