• $
  • €
  • ₽
  • ₺
  • £

Əlibəyli erməni işğalı ilə üz-üzə qalıb?

Əlibəyli erməni işğalı ilə üz-üzə qalıb?
16.04.2014 11:30
Tovuzun Əlibəyli kəndinin işğal ilə üz-üzə qalması ilə bağlı yayılan xəbərlərə Əlibəyli kənd icra nümayəndəliyindən cavab verilib. Kəndin İcra nümayəndəsi Valeh Rzayev ANS PRESS-ə açıqlamasında yayılan informasiyaların əsassız olduğunu söyləyib. Onun sözlərinə görə belə məlumatların yayıması kənd sakinlərinə qarşı böyük hörmətsizlikdir: “Gəlib oradaki sakinləri görsələr onlara afərin deyərlər. Hazırda kəndə suyun verilməsi bərpa olunur. Ötən gecə baş verən atışmadan sonra işığımız, qazımız kəsilmişdi. İndi kəndin elekrik enerjisi və qaz təchizatında baş vermiş problemlər aradan qaldırılıb. İnsanlar isə öz işləri ilə məşğul olurlar. Bu cür məlumatların yayılması bizə qarşı söyüşdür”.Valeh Rzayev cəbhə xəttində atəşkəsin pozulması faktlarına da münasibət bildirib. O, qeyd edib ki, ötən gecə cəbhə xəttində sakitlik hökm sürüb və atışma qeydə alınmayıb: “Ötən gün ATƏT-in nümayəndələri kəndə gəldilər və atışma zamanı ziyan dəyən evlərə baxış keçirdilər. Ötən gün baş verən atışmadan sonra hələ ki heç bir silah səsi eşidilməyib. Hərbçilərimiz buranı yaxşı müdafiə edirlər.Kənddə heç bir təhlükəli və qorxulu hadisə baş verməyir”.Qeyd edək ki, kütləvi informasiya vasitələrində Tovuzun Əlibəyli kəndinin işğal ilə üz-üzə olması barədə yazılar dərc edilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol