Havanın temperaturu 43 dərəcəyə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 4-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti isti, yağmursuz keçib.
28 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 metr/saniyə, bəzi yerlərdə arabir saniyədə 25-30 metr olacaq.
Küləkli hava şəraiti sentyabrın 7-si gündüzədək davam edəcək.
Havanın temperaturu tədricən 8-10° enəcək.
Sentyabrın 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında proses sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, sentyabrın 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























