Lerikdə turist avtobusu qəzaya düşdü - 8 ölü, 8 yaralı- Video-Yenilənib

Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.
"Apa” xəbər verir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.
Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:
Həşimova Sərvər Əhməd qızı;
Axundova Saray İslam qızı;
Ağayeva Təcrübə Ağababa qızı;
Cəfərova Güldəstə Məmmədağa qızı;
Rzayeva Səmayə Ağababa qızı;
Rəhimova Nazxanım İsabala qızı;
Tahirova Zərnitac İslam qızı
-----
Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.
Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.
Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.
---------
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev hadisə ilə bağlı "Qafqazinfo”ya açıqlama verib.
"Hadisə Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub. İlkin ehtimala görə idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır”.
------------
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
***
"Qəzada ölənlərin sayının 8 olduğu bildirilib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























