• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın XİN rəhbəri Moskvaya gedib - Görüşdə nə müzakirə ediləcək?

Ermənistanın XİN rəhbəri Moskvaya gedib - Görüşdə nə müzakirə ediləcək?
05.09.2022 14:47
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün, sentyabrın 5-də Rusiyaya rəsmi səfərə edib. Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.
 
Mirzoyan Moskvaya səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik, eləcə də ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.
 
Deputat Zahid Orucun fikrincə, bu görüşdə Brüssel görüşündə müzakirə edilən məsələlər Lavrova məruz ediləcək və Azərbaycanın bu səfər barədə heç bir narahatlığı yoxdur.
 
"Mirzoyan Paşinyanın əsas silahdaşıdır və Brüssel görüşündə baş tutan məxfi danışıqlardan xəbərdar idi. Onun Moskvaya səfəri Ermənistanın yürütdüyü siyasətin bir hissəsidir və təbii ki, bu görüşlər öz qərarlarıdır. Ancaq şabhəsiz ki, bu səfərin iki əsas məqsədi var. Birincisi, Brüssel görüşünün bütün detalları Lavrova çatdırılacaq. Bununla bağlı 2020-ci ildə Xankəndinə gələn və hazırda da kiçik ərazidə sülhməramlı funksiyasını daşıyan Rusiya hərbi qüvvələri fonunda Ermənistan elitasının nə etmək istədiyi və Avropa Birliyinin moderatorluğu ilə keçirilən görüşün necə nəticələndiyi sorğulanacaq. Bu görüşdə növbəti dövr üçün müvafiq dövr tapşırıq və təlimatlar da verilə bilər. Bu və bənzər görüşlərdə nəzərdə tutulan sülh müqaviləsinin hazırlıq prosesi, müqavilə barədə detallar - kimlərin iştirakı, hansı xarici güc mərkəzlərinin nüfuzunun artırılması cəhdləri barədə məsələlərin də müzakirə edilməsi planlaşdırılır. Azərbaycan bu görüşdən narahat olmalı deyil. Ölkəmizin Rusiya ilə əlaqələri yuxarı səviyyədədir və Qərb ölkələri ilə əlaqələri yaxşıdır", - Zahid Oruc qeyd edib.
 
Sonuncu dəfə iyunun 9-da Ermənistanın paytaxtı İrəvanda Rusiya xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş olub. Bu görüşdə də ictimaiyyətə bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair mümkün sənədi müzakirə ediblər. Bildirilib ki, eyni zamanda XİN başçıları Qarabağ məsələsi ilə bağlı fikir mübadiləsi aparıblar.
 
Ləman 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol