• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq artisti Ənvər Həsənov xəstəxanadan evə buraxılıb

Xalq artisti Ənvər Həsənov xəstəxanadan evə buraxılıb
05.09.2022 11:05
Bir müddət əvvəl səhhətində problemlər yaranan Xalq artisti Ənvər Həsənov müalicə olunduğu xəstəxanadan evə buraxılıb.


Bu barədə "Report"a Xalq artistinin qızı Aytən Həsənova məlumat verib.


Onun sözlərinə görə, atasının müalicəsi ev şəraitində davam etdiriləcək: "Atamın səhhəti artıq yaxşılaşmağa doğru gedir, səhhətində xeyli irəliləyişlər var və saturasiyası çox yaxşıdır. Sabah karantin müddəti başa çatacaq. Bundan sonra lazım olan digər zəruri müayinələr davam etdiriləcək. Ehtiyac yarandığı təqdirdə təkrar müayinələr xəstəxanada həyata keçiriləcək".


Bir neçə gün öncə səhhətində problemlər yaranan Ə.Həsənov xəstəxanaya yerləşdirilib. O, öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəyə cəlb olunub. Aktyordan koronavirusla əlaqədar götürülən test analizinin nəticəsi pozitiv çıxıb.


72 yaşlı aktyor Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol