Lerikdəki qəzada xəsarət alanların son vəziyyəti açıqlandı

Lerikdə baş verən yol qəzasında xəsarət alan 8 nəfərdən ikisinin vəziyyəti ağırdır, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Belə ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə alan 8 nəfərdən ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta-ağır qiymətləndirilib.
Xəsarət alanlardan 7-si qadın 1-i isə kişidir.
Lerikdə 4 sentyabrda yerli sakinləri daşıyan avtobus qəzaya uğrayıb.
Hadisə Lerikin Günəşli kəndində baş verib.
Qəza nəticəsində 8 qadın həyatını itirib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























