• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 11 hektarlıq Ekoloji Park Kompleksi yaradılır – Fotolar

Azərbaycanda 11 hektarlıq Ekoloji Park Kompleksi yaradılır – Fotolar
05.09.2022 11:58
Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) "Gülçülük sahəsi”ndə yaradılan Ekoloji Park Kompleksində işlər davam etdirilir. Hazırda burada ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası həyata keçirilir. Ümumi hündürlüyü 22 metr olacaq binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdirilərək, ziyarətçilərə nümayiş olunacaq.


Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, 11 hektar ərazisi olan Ekoloji Park Kompleksi fərqli və müasir dizaynı ilə seçiləcək. Ərazidə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək. Layihəyə uyğun olaraq Gəncəçay çayının sağ sahilində 200-300 metrlik məsafədə bulvar kompleksinin də yaradılması nəzərdə tutulur. Ziyarətçilər buradan keçərək, Ekoloji Park Kompleksinin zəngin flora və faunası ilə yaxından tanış ola biləcəklər.


Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində yaradılacaq Ekoloji Park Kompleksində MKTİB-in Gülçülük və tingçilik təsərrüfatının gündəlik fəaliyyəti də ziyarətçilərə təqdim olunacaq. Burada həm də piknik məkanları yaradılacaq.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol