• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hər kişiyə neçə qadın düşür?

Azərbaycanda hər kişiyə neçə qadın düşür?
16.04.2014 10:17

2014-cü il mart ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9494,6 min nəfərə çataraq ilin əvvəlindən 17,5 min nəfər və ya 0,2 faiz artıb.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Azərbaycandakı demoqrafik vəziyyətlə bağlı verilən məlumatda bildirilib.Rəsmi statistikaya görə, hazırda əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir.2014-cü ilin ilk iki ayı ərzində 27,7 min və ya hər gün orta hesabla 469 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum eyni səviyyədə (18,3) qalaraq dəyişməyib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir.Yanvar-fevral aylarında ölkədə 10,7 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 7 nəfər təşkil edib.İlin əvvəlindən rəsmi orqanlar tərəfindən 11,3 min nikah və 1,9 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,9-dan 7,5-ə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,3) qalıb.Cari ilin yanvar-fevral ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 533 nəfər gələn və 129 nəfər ölkədən gedən qeydə alınıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol