Uşaqlara işgəncə verənlər ev dustaqlığına buraxıldı - Yenilənib

Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verən şəxslərlə bağlı istintaq orqanlarının vəsatəti məhkəməyə təqdim olunub.
Nizami Rayon Məhkəməsindən "Qafqazinfo”ya daxil olan məlumata görə, direktor Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində ev dustaqlığı qətimkan tədbiri və vəzifədən kənarlaşdırma tələb edilib.
Məhkəmə bu gün axşam növbətçi hakim tərəfindən və ya sabah keçiriləcək.
***
"Mehnur" loqopedik mərkəzinin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub. Onların hər üçü barəsində vəzifədən kənarlaşdırma və ev dustaqlığı qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























