Alman səfir İmranı ziyarət etdi - FOTO

Ötən gün Almaniyanın Azərbaycandakı səfiri xanım Tempel İmran Cəfərzadəni ziyarət etmək üçün evlərinə gedib. "Qafqazinfo"ya səfirlikdən verilən məlumata görə, səfir İmran və ailəsi ilə söhbət edib. Hətta xanım səfir getmək istəyəndə balaca İmran qapı qarşısında dayanaraq xanım Tempelə “getmə” deyib.Qeyd edək ki, iyulun 21-də "Nabran Holiday Village"də baş verən dəhşətli hadisə zamanı hovuzun nasosu 2 yaşlı İmran Cəfərzadənin ayaqlarını sovurmuşdu. Bir neçə aydır Almaniyada müalicə alan İmran ötən ay Azərbaycana qayıdıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























