• $
  • €
  • ₽
  • ₺
  • £

MTN generalının həbsdə psixi problemləri yaranıb?

MTN generalının həbsdə psixi problemləri yaranıb?
06.09.2022 11:50
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində ciddi problemlər yaranıb, bu barədə "Defence Line” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov özünün "Facebook” səhifəsində yazıb.
 
O bildirib ki, general ya özünü ruhi xəstə kimi göstərir, ya da doğrudan da dəli olub.
 
"2015-ci ildən həbsdə olan Elçin Quliyev uzun müddət müşahidə kameraları altında dayanaraq ya gülür, ya da ağlayır. Keçmiş dustaq yoldaşlarım isə deyir ki, Elçin Quliyev bənzər davranışları tez-tez sərgiləyir. Ola bilsin ki, hansısa psixi xəstəlikdən əziyyət çəkməyə başlayıb. Ya da düşünür ki, özünü dəliliyə qoyub, anlaqsız kimi aparmaqla azadlığını tezləşdirə bilər”, - o deyib.

Bir müddət əvvəl həbsxanada generalla görüşən vəkil Elçin Sadıqov da onun yersiz davranışlar sərgilədiyini təsdiqləyib. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, o, Elçin Quliyevlə ilyarım əvvəl görüşüb.
 
"Qeyri-adekvat biri kimi görünürdü. Yersiz davranışlar göstərib gülürdü. İndiki durumu ilə bağlı hər hansı məlumatım yoxdur", - o bildirib.

Elçin Quliyevin yaxınları isə yayılan məlumatların doğru olmadığını bildirib.
 
"Belə bir şey yoxdur. Rüfət Səfərovun yazdıqları həqiqətə uyğun deyil".

Elçin Quliyev 2015-ci ildə həbs edilib. 10 il 6 ay cəza alıb. O, qanunsuz azadlıqdan məhrum etmə, mütəşəkkil dəstə tərəfindən quldurluq, hədə-yolu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almada ittiham olunub.(qafqazinfo)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol