• $
  • €
  • ₽
  • ₺
  • £

Daha 10 partiya Milli Məclisə təkliflər göndərib

Daha 10 partiya Milli Məclisə təkliflər göndərib
06.09.2022 12:01
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.


Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.
 
Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.
 
Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim etməkdədir. Bu günlərdə isə daha 10 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan parlamentinə göndərib. Beləliklə, bu günə qədər Milli Məclisə təkliflərini ünvanlayan siyasi partiyaların sayı 39-a çatıb.
 
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi üçün Milli Məclisdə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur. Müzakirələrin vaxtı haqqında əlavə məlumat veriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol