Ermənilər Qarabağda yeni yol tikir - FOTO

Qarabağın Rusiya sülhməramlılarınn nəzarəti altında olan ərazisində yeni yol tikintisin başlanıb. Bu yol Xankəndini Əskəran rayonunun Naxçıvanikkəndi ilə birləşdirəcək. Bu barədə Rusiya sülhməramlı kontingentinin Telegram kanalı məlumat yayıb.
"Rusiya sülhməramlı kontingentinin hərbçiləri Rusiya bölmələrinin məsuliyyət zonasından keçən Naxçıvanik-Stepanakert ( Naxçıvanik-Xankəndi, red) yeni yolunun tikintisinin təhlükəsizliyini təmin edirlər", - məlumatda deyilir.
Yol Naxçıvanik kəndini və ona yaxın olan digər kəndləri Əsgəran şəhərindən keçməmək şərti ilə birbaşa Xanəndi ilə birləşdirəcək.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə nəticəsində Azərbaycan tarixi torpaqlarını geri qaytara bilib.
Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 2020-ci il noyabrın 10-dan qüvvəyə minən Qarabağda atəşkəs rejiminə dair birgə bəyanatından sonra Rusiya sülhməramlı kontinqenti 5 il müddətinə Qarabağın ermənilər yaşayan hissəsinə yerləşdirilib. Onlar münaqişə zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarəti həyata keçirirlər.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























