Azərbaycanlı gənc İtaliyada itinin oyuncağını sudan götürmək istəyəndə boğuldu

Çex Respublikasında yaşayan 32 yaşlı azərbaycanlı Sərkər Almazov İtaliyada həlak olub.
Onun həyat yoldaşı Helena Sərkər Almazovun cənazəsinin Bakıya göndərilməsi məqsədilə yardım kampaniyası başladaraq ianə toplayır. Belə ki, bu bahalı proseduru həyata keçirmək üçün ailənin maddi imkanları məhduddur və sığorta tərəfindən qarşılanmır. Hazırda S.Almasovun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Almazov Çexiyada "ZeroTurnaround” şirkətində çalışıb, həmçinin sarkaralmasov.com saytı vasitəsilə daşınmaz əmlak kirayəsi işi ilə məşğul olub. O, bir neçə ay əvvəl Helena ilə ailə qurubmuş.
www.anews.az
Hadisə avqustun 28-də qeydə alınıb. Belə ki, azərbaycanlı Sərkər Almazov həyat yoldaşı Helena ilə İtaliyada turist kimi səfərdə olarkən Komo gölündə gəzinti üçün motorlu qayıq kirayə götürüb. Gəzinti zamanı Sərkər Almazov suya yıxılıb və dərinliyi təxminən 130 metr olan göldə boğularaq ölüb.
Məlumata görə, cütlük qayıqla səyahət edərkən onların iti Buddy-nin oyuncağı suya düşüb. Sərkər Almazov sözügedən oyuncağı götürmək üçün suya tullanıb və qəfildən suda müvazinətini saxlamaqda çətinlik çəkib. O, kömək üçün qışqırmağa başlayıb. Bunun ardınca isə Helana həyat yoldaşına kömək etmək üçün suya atlayıb. O, Sərkəri sakitləşdirməyə və suyun üzərində tutmağa çalışıb. Lakin Sərkər Almazov həyəcanlanmağa və daha çox çırpınmağa başladıqda Helena onu nəfəs alması üçün suyun üzərində tutmaqda çətinlik çəkib.
Bildirilir ki, Sərkər Almazov suyun altına getdikdə son olaraq Helenanın ayağından tutub. Lakin Sərkər Almazov həyat yoldaşını da suyun altına çəkməmək üçün ayağını buraxıb və ardınca suyun dərinliklərinə gedib. Qadın isə bir müdddət suyun üzərində qaldıqdan sonra başqa bir qayıq tərəfindən xilas olunub. S.Almazovun meyitinin hadisədən 5 gün sonra tapıldığı bildirilir.
Onun həyat yoldaşı Helena Sərkər Almazovun cənazəsinin Bakıya göndərilməsi məqsədilə yardım kampaniyası başladaraq ianə toplayır. Belə ki, bu bahalı proseduru həyata keçirmək üçün ailənin maddi imkanları məhduddur və sığorta tərəfindən qarşılanmır. Hazırda S.Almasovun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Almazov Çexiyada "ZeroTurnaround” şirkətində çalışıb, həmçinin sarkaralmasov.com saytı vasitəsilə daşınmaz əmlak kirayəsi işi ilə məşğul olub. O, bir neçə ay əvvəl Helena ilə ailə qurubmuş.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























