Türkiyə fındıq ixracatından 2 milyard dollar gəlir əldə edib
Türkiyənin 2021-2022-ci illər mövsümündə fındıq ixracatından əldə etdiyi gəlir təxminən 2 milyard dollar təşkil edib.Bu barədə Türkiyənin Qara Dəniz Bölgəsi Fındıq və Məhsulları İxracatçıları Birliyi məlumat yayıb.
www.anews.az
"1 sentyabr 2021-ci il tarixindən 31 avqust 2022-ci il tarixədək Türkiyədən 1 milyard 986 milyon 44 min 569 dollar dəyərində 340 min 147 ton fındıq ixrac edilib”, - deyə Birliyin açıqlamasında bildirilir.
Azərbaycanda 2022-ci ilin 5 ayında 53 milyon 760 min dollar dəyərində 9 577 ton fındıq ixrac edilib. 1 ton fındıq ölkəyə 5 613 dollar valyuta gətirib.
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı 2021-ci ilin ilk 5 aylı ilə müqayisədə dəyər ifadəsilə 39.4%, miqdar ifadəsilə 50% artıb.
Gülnar www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























