• $
  • €
  • ₽
  • ₺
  • £

BMU-da simpozium keçiriləcək

BMU-da simpozium keçiriləcək
06.09.2022 23:00
Bakı Mühəndislik Universitetində (BMU) cari ilin 9-11 sentyabr tarixlərində Türkiyənin memarlıq sahəsində aparıcı ali təhsil ocaqları ilə birgə "IArcSAS” 2-ci Beynəlxalq memarlıq elmləri və təcrübələri” simpoziumu keçiriləcək (//www.izdas.org/mimarlik-bilimleri).
 
Simpozium Türkiyə, Yaponiya, Ukrayna, Qazaxıstan və Azərbaycanı pedaqogika, tədqiqat və ictimai proqramlaşdırma sahələri ətrafında birləşdirən İKSAD təşkilatının dəstəyi, Türkiyənin "Arxitektura bilikləri və proqramları" jurnalının təşkilatçılığı ilə rellaşacaq. "IArcSAS” memarlıq və arxitektura elmləri sahəsində qabaqcıl tədqiqatların təqdim edilməsi, qarşılıqlı təcrübələrin bölüşdürülməsi üçün beynəlxalq səviyyəli platformadır.
 
Bir çox sahələr üzrə mövzuları, o cümlədən planlaşdırma, dizayn, sosiologiya, turizm, iqlim dəyişikliyi, ağıllı və ekoloji şəhərlər, texnologiya, memarlıq elmlərinin gələcəyi, iqtisadiyyat və s. istiqamətləri əhatə edən tədbirdə dinlənilən məruzələr "e-Simpozium Kitabı”nda, bir sıra elmi jurnallarda, o cümlədən "Memarlıq elmləri və təcrübələri” jurnalı, "Journal of Interior Architecture and Academy”, "Journal of Spatial Planning and Design”, Türkiyə Peyzaj Araşdırmaları jurnalı və c. mənbələrdə nəşr olunacaq.
 
Beynəlxalq toplantıda BMU, Azərbaycan Memarlıq və İnşaat Universitetinin mütəxəssisləri ilə yanaşı, ABŞ-ın Şimali Arizona Universiteti, Monteneqro Universiteti, Polşanın Varşava Universiteti, Türkiyənin Onsekiz Mart Universiteti, Ege Universiteti, Eskişehir Texniki Universiteti, Qazi Universiteti, İstanbul Okan Universiteti, Qara Dəniz Texniki Universiteti, İzmir İqtisadiyyat Universiteti, Konya Necmettin Erbakan Universiteti, Tekirdağ Namiq Kamal Universiteti və s. tanınmış ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı gözlənilir. İşçi dili ingilis və türk dillərində nəzərdə tutulan simpoziuma canlı iştirakla bərabər, onlayn qoşulmaq da mümkün olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol