• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir imtahandan keçən müəllimlərin sayını AÇIQLADI

Nazir imtahandan keçən müəllimlərin sayını AÇIQLADI
07.09.2022 13:06
İbtidai sinif müəllimlərin sertifikasiyasının ilk mərhələsində iştirak edən təhsil işçilərinin 78 faizi  uğur qazanıb, qalanı elementar suallara belə cavab verə bilməyib.  Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. 
 
" 60-dan yuxarı yaşı olan müəllimlərin 68% uğur əldə edib.  8577 müəllim sertifikasiyanın birinci mərhələsindən uğurla keçib, 2367 müəllimin isə təkmilləşdirməyə ehtiyacı var. Test mərhələsinin nəticələrinə görə, 2978 müəllimin əmək haqqı  35 faiz, 5599 müəlliminki isə 10 faiz artacaq. Amma bunun üçün onlar həmçinin sertifikasiyanın ikinci mərhələsi olan müsahibədən uöurla keçməlidirlər", - nazir vurğulayıb.
 
Avqustun 30-dan etibarən ölkədə müəllimlərin sertifikasiyası  üzrə test imtahanlarına başlanılıb. Test imtahanları 30 avqust - 1 sentyabr tarixlərində Bakı, Sumqayıt, Gəncə və Xaçmaz daxil olmaqla, ümumilikdə 8 imtahan mərkəzində təşkil olunub.
 
Test imtahanı zamanı namizədlərə 60 sual təqdim edilib. Hər bir düz cavab bir bal kimi qiymətləndirilib. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunub.
 
Ümumilikdə imtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikat alacaqlar.  İmtahandan narazı qalan müəllimlər 30 gün ərzində apellyasiya şikayəti edə bilər. 
 
Nazir həmçinin bildirib ki, sertifikatlaşmanın test və müsahibə mərhələləri var. Bu il sertifikatlaşmanın test mərhələsində uyğun nəticə toplaya bilməyən müəllimlər öz işlərində davam və növbəti il ərzində təkrar serifikatlaşmada iştirak edə biləcəklər. Bu müddət ərzində isə həmin müəllimlər müxtəlif dəstək proqramları ilə təlimləndiriləcəklər.
 
İbtidai sinif müəllimlləri üçün  təşkil olunan sertifikasiyanın müsahibə mərhələsi 2022-2023-cü  təhsil ili başlamazdan qabaq yəni sentyabrın 15-ə kimi keçiriləcək. 
 
Aytac Zeynalova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol