• $
  • €
  • ₽
  • ₺
  • £

13 yaşlı qızı zorlayan şəxsi 15 il həbs cəzası gözləyir

13 yaşlı qızı zorlayan şəxsi 15 il həbs cəzası  gözləyir
07.09.2022 14:11
Bakıda 13 yaşlı qızın dünyaya gətirdiyi körpənin atasının onunla bir evdə yaşayan 15 yaşlı başqa bir azyaşlının olduğu bildirilir. Bu barədə Anews.az-a etibarlı mənbədən məlumat daxil olub.
 
Bakıda 13-yaşlı qızın uşaq dünyaya gətirməsi barədə xəbər ilk olaraq hüquq müdafiəçisi Kəmalə Ağazadə tərəfindən Facebook-da paylaşım edildikdən sonra bəlli olub. Daha sonra TƏBİB bu faktı təsdiq edib. 
 
TƏBİB məlumatına görə, 40 həftəlik hamiləliyi olan qızın doğuşu  evdə təşkil olunub. Daha sonra anada qanaxma yarandığından ailə üzvləri təcili yardıma müraciət edib və onu xəstəxanaya yerləşdiriblər. Amma qızın anası xəstəxana işçilərinə bu hamiləlikdən xəbərdar olmadığını bildirib və qızını uşaqdan imtina etməyə çağırıb. 
 
Hüquqşünas Fariz Osmanlı bildirir ki, 13 yaşlı qızla münasibətdə olan şəxs birmənalı olaraq cinayət məsuliyyətinə cəlb olunacaq.
 
"Uşaq 14 yaşına çatmayan şəxs olduqda, faktiki olaraq zorlama kimi qiymətləndirilir. Cinayət məcəlləsinin 149.3.3 maddəsi ilə 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməlidir. Ananın valideyninin isə övladından məhrum olunması gözlənilir. Əvvəlcə cinayət araşdırılmalıdır.  Həmin vaxtlarda uşağın məktəbə getməməsinə görə məktəb və müəllim isə müəllimlərin əmək münasibətinin pozulması hesab olunur. İntizam qaydasına əsasən müəllim məsuliyyətə cəlb oluna bilər'', - hüquqşünas bildirib.  
 
Ombudsmandan verilən məlumata görə, 13 yaşlı qızın ana olması ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanmış məlumat Ombudsman tərəfindən nəzarətə götürülüb. 
 
"Ombudsmanın tapşırığına əsasən, Aparatın əməkdaşları, həmçinin psixoloqu həmin qızla görüşərək onun və doğulan körpənin səhhəti ilə maraqlanıblar.  Eyni zamanda, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanıb",- qurumdan bildirilib.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi Elşad Hacıyev bildirir ki, Sabunçu rayon polis idarəsi və rayon prokrorluğu tərəfindən məsələ nəzarətə götürülüb. Müvaffiq  araşdırılma aparılır,  hazırda saxlanılan şəxs yoxdur.

Aytac Zeynalova

  

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol