• $
  • €
  • ₽
  • ₺
  • £

“Papanin”də narkotik satan daha bir neçə şəxs tutulub

“Papanin”də narkotik satan daha bir neçə şəxs tutulub
07.09.2022 20:00
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun "Papanin” kimi tanınan Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib, saxlanılanlar var.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı qeyd edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha Murad Muxtarov, Ədalət Camalov, Dilavər Qasımov, Rauf Mirzəyev, Zülfi Xəlfəquliyev və Faiq Sadıqov tutulublar. Həmin şəxslərin hər birindən külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri istifadə etməklə yanaşı paytaxt ərazisində satışı ilə də məşğul olduqlarını da bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı 3-cü mikrorayon ərazisində yerləşən marketlərin birində quraşdırılan "E-manat” terminalını qıraraq orada olan 8400 manatı oğurlayan şəxslər tutulublar.

Əməliyyat zamanı hadisəni törədən Tahib Əmiraslanov və Eldar Zeynalov saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslər ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər. Tahib Əmiraslanov və Eldar Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə digər ərazi polis orqanlarına məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol