Bakı bulvarı zərərlə işləyir

"Primorsky Bulvar Administrasiyası” PLE-nin 2021-ci ildə zərəri 5 milyon 513,74 min manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 26% azdır. Bu barədə qurumun 2021-ci il üçün dərc olunan illik maliyyə hesabatında verilib.
2021-ci ildə qurumun gəliri 13 milyon 838,58 min manat (2020-ci illə müqayisədə 7,5% artım) təşkil edib.
Eyni zamanda, 2021-ci ildə əməliyyat zərəri 5 milyon 506,465 min manat təşkil edib.
2021-ci ildə şirkətin aktivləri 1,7% azalaraq 358 milyon 143,219 min manat olub. Bununla yanaşı, şirkətin uzunmüddətli aktivləri ötən il 1,2% azalaraq 356 milyon 637,159 min manat, cari aktivləri 54,6% azalaraq 1 milyon 506,06 min manat olub.
2021-ci ildə şirkətin kapitalı 1,6% azalaraq 343 milyon 860,053 min manat, nizamnamə kapitalı 65 milyon 210,652 min manat (dəyişməmiş) təşkil edir. Eyni zamanda, 2022-ci ilin əvvəlinə ümumi zərər 28 milyon 734,769 min manat (artım 23,7%) qiymətləndirilir.
www.anews.az

2021-ci ildə şirkətin öhdəlikləri 3,4% azalaraq 14 milyon 283,166 min manat olub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib