• $
  • €
  • ₽
  • ₺
  • £

Albaniya iranlı diplomatlara vaxt qoydu

Albaniya iranlı diplomatlara vaxt qoydu
07.09.2022 22:30
Albaniya İranla diplomatik əlaqələri kəsir.


Bu barədə sentyabrın 7-də Albaniyanın baş naziri Edi Rama məlumat verib.


Buna səbəb iyulun 15-də Tirananın dövlət xidmətlərinə kiberhücumun təşkili ilə bağlı Tehrana qarşı irəli sürülən ittiham olub.


"Kəşfiyyat xidmətləri sübut edib ki, kiberhücum İran tərəfindən həyata keçirilib. Həmçinin İran  Albaniyaya hücum üçün dörd müxtəlif qrupu maliyyələşdirib. İran səfirliyinə rəsmi nota təqdim edilib. Notada bütün şəxsi heyətin 24 saat ərzində Albaniya ərazisini tərk etməsi tələb edilir”, - deyə Rama bildirib.


Onun sözlərinə görə, kiberhücum dövlət xidmətlərinin iflic edilməsi, sistemlərin silinməsi və məlumatların oğurlanması məqsədi daşıyıb ki, bu da Albaniyanın milli təhlükəsizliyinə ziyan vura bilərdi.


Kiberhücum iyulun 23-ü və 24-də Albaniyada keçiriləcək Azad İran Dünya Sammitindən bir həftə əvvəl baş verib. Nəticədə təhlükəsizlik və terror təhlükəsi səbəbindən ölkə hökuməti tədbiri ləğv edib.


Mənbə: İzvestiya

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol