• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni “iPhone”lar Azərbaycana nə vaxt gələcək?

Yeni “iPhone”lar Azərbaycana nə vaxt gələcək?
08.09.2022 11:28
Ötən gün "Apple” şirkəti öz yeni məhsullarını istifadəçilərə təqdim edib. Belə ki, yeni "Apple Watch” ağıllı saatları,” Airpods Pro” qulaqlıqları, "iPhone 14” telefonları təqdim edilib. Bu dəfə şirkət bir-birindən fərqli 4 telefon modelini istifadəçilərin ixtiyarına verib. Artıq yeni modellərin ABŞ bazarı üçün qiymətləri də bəllidir.

Belə ki, "Apple” "iPhone 14”ün qiymətinin 799, "iPhone 14 Plus”ın 899, "iPhone 14 Pro”nun 999, "iPhone 14 Pro Max”ın isə 1099 dollar olduğunu açıqlayıb.

Bəs bu modellərdə təqdim olunan yeniliklər hansılardır?

"iPhone 14” və "iPhone 14 Plus”da:

- Qəzaya düşməni təyin etmə;

- Yenilənmiş kamera;

- 6.1 və 6.7 inch ekran;

- Peykə qoşulma, şəbəkə olmayan yerdə və mesajlaşma xüsusi orqanlarla;

"iPhone 14 Pro” və "iPhone 14 Pro Max”da:
 

- Qəzaya düşməni təyin etmə;

- Kiçildilmiş notch;

- Yeni notch - bildiriş gələndə notch böyüyür və bildiriş orada göstərir – "Dynamic Island texnologiyası” (Dinamik ada texnologiyası);

- 48 meqapiksel kamera;

- Always on Display (daima yanan ekran);

- A16 Bionic çip;

- Telefoto 2x ölçüdə foto çəkəcək;

- Peykə qoşulma, şəbəkə olmayan yerdə və mesajlaşma xüsusi orqanlarla.

Bəs yeni "Apple” telefonları Azərbaycana nə vaxt gələcək və onların qiyməti necə olacaq?

"Apple” şirkətinin Azərbaycanda rəsmi texniki nümayəndəsi Asif İbrahimov qeyd edib ki, telefonlar artıq gələn həftənin sonundan ABŞ-da alıcılara təqdim olunacaq.
 
 "Bu modellərin sentyabrın sonu, oktyabrın əvvəllərində gəlməsi gözlənilir”.

Yeni modellərin Azərbaycanda satış qiymətlərinə gəldikdə isə "Apple” şirkətinin ölkədə rəsmi texniki nümayəndəsi bu barədə hələlik dəqiq məlumatın olmadığını bildirib. Amma hazırda Azərbaycanda satışda olan "iPhone” qiymətlərinin 2500-3300 manat arasında dəyişdiyini nəzərə alsaq, yeni gələcək modellərin bu məbləğlərdən də yuxarı qiymətə satılacağı istisna edilmir. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol