Azərbaycana gələn ərəblərin sayı 670 dəfə artıb – Son statistika

Bu ilin avqustunda Azərbaycana 171 min 960 nəfər əcnəbi gəlib.
Ölkəyə gələn əcnəbilərin sayı ötən ilin avqust ilə müqayisədə 2,2 dəfə artıb.
Avqustda Azərbaycana ən çox Rusiya vətəndaşları səfər edib. Ötən ay 43 min Rusiya vətəndaşı ölkəyə gəlib. 2021-ci ilin avqustunda bu göstərici 25,5 min nəfər olub.
Ən kəskin artım isə Səudiyyə Ərəbistanı vətəndaşlarının sayında qeydə alınıb. 2021-ci ilin avqustunda Azərbaycana cəmi 34 Səudiyyə Ərəbistanı vətəndaşı gəldiyi halda bu ilin avqustunda onların sayı 22,8 min nəfər olub. Rəqəmlərdən də göründüyü kimi 670 dəfə artım qeydə alınıb.
Avqustda Rusiya (43 min) və Türkiyə (24,2 min) vətəndaşlarından sonra Azərbaycana ən çox Səudiyyə Ərəbistanı vətəndaşları səfər edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























