• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tutulan 5 erməni hərbçisi Ermənistana qaytarılacaq

Azərbaycanda tutulan 5 erməni hərbçisi Ermənistana qaytarılacaq
08.09.2022 17:39
Azərbaycan Ali Məhkəməsi Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 5 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.  Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə  onların  azadlıqdan məhrumetmə cəzası 1,8 il 25 günə kimi azaltmaq brədə qərar qəbul edib. Bu barədə Anews.az-a  iki məlumatlı mənbədən məlumat daxil olub. 
 
Onlar Martin Aqramyan (1997-vi il təvəllüdlü), Aşot Gevorkyan (1997), Feliks Qriqoryan (1996), Varazdat Manukyan (1990) və Edik Ovsepyandır (1999).

Həmin şəxslər   Ermənistana təhvil verəcək. Hərbçilərin təhvili Ermənistanla sərhəd zonalarından birində baş tutacaq.

Avqustun 30-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşə vasitəçilik edib. Görüşün nəticələrindən biri də erməni hərbçilərin qaytarılması ilə bağlı razılaşma olub. Bununla da Azərbaycan humanitar gündəmi dəstəklədiyini bir daha nümayiş etdirdi.

Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilərək həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilmişdilər. 
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol