• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Space TV-nin əməkdaşlarını atəşə tutdu - VİDEO

Ermənilər Space TV-nin əməkdaşlarını atəşə tutdu - VİDEO
15.04.2014 17:28
Tovuzun Əlibəyli kəndində güclü atışma olub. Kənd icra nümayəndəsinin məlumatına görə, ötən gün saat 15-16 radələrində ara-sıra atışma səsləri eşidilsə də, saat 18 radələrindən başlayaraq ermənilər kəndi iri çaplı silahlardan atəşə tutublar, xəsarət alan olmasa da evlərin damları və həyətlər güllə baran edilib. Space TV-nin əməkdaşları da güllələrdən son anda qurtula biliblər.Ermənistan silahli qüvvələri Tovuzun Əlbəyli kəndi istiqamətində yerləşən postlarımızı ötən gecə saat 12 radələrindən atəşə tutublar. Daha sona intensivləşən atışma kəndə doğru istiqamət alıb. Əməkdaşlarımız kənddə olduğu vaxt atılan güllələr yerli sakinlərin həyatı üçün ciddi təhlükə yaradıb. Bunu operatorumuz Rəşad Əliisgəndərovun çəkdiyi kadrlardanda aydın görmək olar. Belə ki, iricaplı silahlardan açilan güllələr kəndin təmas xəttinə yaxın yerləşən evlərinin damina dəyərək istiqamətlərini dəyişib. Kəndə istiqamətlənən güllələrdən qorunmaq üçün işdən qayıdan sakinlər atışma dayanana qədər gözləməli olublar. Qeyd edək ki, erməni tərəfi bir işıq gələn istiqaməti intensiv atəşə tuturdu. Bu səbəbdən də kənddə şütüyən avtomobillər işiğını söndürərək hərəkət edirdilər. Atışmanın intensiv olduğu bir vaxtda kənddə elektrik enerjisi və qazın verilişi təhlükəsizlik baxımından dayandırılıb. Gecə saatlarında Space TV-nin operatorunun kameranın işığını yandırıb atışma məqamını cəkmək istəyi erməni silahlılarının çəkiliş qrupumuzu atəşə tutması ilə nəticələnib.Çəkiliş qrupu kənddə olduğu vaxt 8 saat müddətində silahlar susmayıb. Qeyd edək ki, Əlbəyli kəndi Ermənistanla ən üzün sərhədə malik kəndlərdəndir.//Anspress
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol