DİN-in radiosu yeni layihəyə başlayır

Daxili İşlər Nazirliyi (DİN) radiosu yeni layihəyə başlayır.
Yol hərəkəti ilə bağlı DİN-in səlahiyyətlərinə aid olan mövzular ətrafında sentyabr ayının 12-dən etibarən həftədə 5 gün olmaqla 2 saat ərzində saat 18:00-20:00 aralığında "Qaydaları pozma” adlı yeni layihəyə Avto Fm 107.7 dalğasında start verilir.
Veriliş radionun sosial şəbəkə səhifələrində də canlı olaraq yayımlanacaq.
Hər gün ictimaiyyəti maraqlandıran bir mövzu ilə yanaşı efirə ünvanlanan suallar cavablandırılacaq, əlavə olaraq yol polisinin fəaliyyəti ilə bağlı şikayətlər birbaşa icraya yönləndiriləcək, digər yəni səlahiyyət dairəsində olmayan məsələlər isə aidiyyəti üzrə səlahiyyətli qurumlara göndəriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























