Əvəz Zeynallı və Elçin Sadıqov DTX-nin təcridxanasında SAXLANILIR

Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aparılıb. Bu barədə Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev açıqlama yayıb.
Bəxtiyar Hacıyev qeyd edib ki, Əvəz Zeynallı və Elçin Sadıqov Baş Prokurorluq tərəfindən saxlanılsa da, məhkəmədən sonra onlar birbaşa DTX-nin İstintaq Təcridxanasına aparılıblar.
Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsi ilə cinayət işi başlanıb. Onlar "Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunurlar.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib